İran Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatı elan etdi

İran Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatları siyahısına daxil edib. Tehran bu qərarı Buenos-Ayresin SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olaraq qəbul etdiyini açıqlayıb.

10

İran Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatları elan edib. Tehran bu addımı Buenos-Ayresin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq atıb.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 11-də İran Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. Məlumatı “Reuters” agentliyi də təsdiqləyib.

İran XİN-in açıqlamasında Argentinanın SEPAH-la bağlı qərarı “düşmənçilik addımı” kimi qiymətləndirilib. Nazirlik bildirib ki, qərar qarşılıqlılıq prinsipinə və İranın 2019-cu ildə qəbul etdiyi qanuna əsaslanır.

“Bu məsələdən irəli gələn bütün nəticələrə görə məsuliyyət Argentina hökumətinin üzərinə düşəcək”, – deyə İran XİN xəbərdarlıq edib.

Xatırladaq ki, Argentina 2026-cı ilin mart ayının sonunda SEPAH-ı terror təşkilatı elan edib. Buenos-Ayres bu qərarını İranın Livandakı “Hizbullah” təşkilatına dəstəyi və 1994-cü ildə Argentinada 85 nəfərin ölümü ilə nəticələnmiş AMIA yəhudi icma mərkəzinə hücumla bağlı ittihamlarla əsaslandırıb. İran həmin hücumda iştirakını rədd edir.

Argentina Xarici İşlər Nazirliyi Tehranın son qərarını qətiyyətlə rədd edib.

Qeyd edək ki, İranın qərarı yalnız Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə şamil edilib. Ölkənin Quru Qoşunları bəyanatda qeyd olunmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.