Çin avtomobil ixracını 50 faizə yaxın artırdı – Gəlir 169,5 milyard dollara çatdı

Çin 2026-cı ilin yanvar–oktyabr aylarında 9,74 milyon avtomobil ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,6 faiz çoxdur. Avtomobil ixracından əldə olunan gəlir isə 169,5 milyard dollara yüksəlib.

6

Çin 2026-cı ilin yanvar–oktyabr aylarında avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 49,6 faiz artıraraq 9,74 milyon ədədə çatdırıb. İxracın ümumi dəyəri isə 52,2 faiz artaraq 169,5 milyard dollar təşkil edib.

MSNews.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqladığı statistikaya istinadən məlumat yayılıb.

Rəsmi göstəricilərə əsasən, təkcə oktyabr ayında Çin xarici bazarlara təxminən 1,1 milyon avtomobil ixrac edib. Həmin ay avtomobil ixracının dəyəri 19,7 milyard dollara yaxın olub.

Bununla yanaşı, avtomobil ehtiyat hissələrinin ixracında da artım qeydə alınıb. İlin ilk on ayında Çin 88,7 milyard dollar dəyərində avtomobil hissəsi ixrac edib ki, bu da ötən ilin müvafiq dövründən 12 faiz çoxdur.

Avtomobil ixracının artmasında elektromobillərə və hibrid modellərə beynəlxalq tələbatın yüksəlməsi mühüm rol oynayır. Çin istehsalçıları Avropa, Latın Amerikası və Cənub-Şərqi Asiya bazarlarında fəaliyyətlərini genişləndirirlər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.