Yuliya Navalnayadan Avropaya sərt Putin xəbərdarlığı

Rusiyalı müxalif lider Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa liderlərini Vladimir Putin barədə xəbərdar edərək diplomatik ümidlərin yalnış olduğunu söylədi və Avropada soyuq duş effekti yaratdı.

26

Rusiyalı müxalif lider Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa liderlərinə Vladimir Putin barədə sərt xəbərdarlıq edib və bu, Avropada soyuq duş effekti yaratdığı kimi qiymətləndirilir.

Navalnaya, Putinin geri addım atacağına dair düşüncələrin “böyük yanılma” olduğunu bildirib və Avropadakı diplomatik həll ümidlərini tənqid edib. Onun sözlərinə görə, Putin artıq Avropanı “düşmən” kimi gördüyü üçün yalnız diplomatiya ilə anlaşma mümkün deyil və əslində daha sərt və hədəflənmiş yanaşma tələb olunur.

Avropalı liderlərə isə Putinin əsl niyyətini dərk etmələri və ona yalnız “diplomatik notalarla” yanaşmağın kifayət etməyəcəyi mesajını verib. Bu tənqidlər Avropa ictimaiyyətində və siyasətçilər arasında geniş yayılaraq ciddi müzakirələrə səbəb olub.