“YouTube” Dünya Çempionatını canlı yayımlamağa hazırlaşır

"YouTube" 2026-cı il FIFA Dünya Çempionatının bəzi oyunlarını canlı yayımlamaq üçün yayım hüquqları ilə bağlı danışıqlar aparır.

Video platforması “YouTube” 2026-cı il futbol üzrə dünya çempionatının bəzi oyunlarının canlı yayımlanması ilə bağlı yeni addım atmağa hazırlaşır. Məlumata görə, platforma turnirin yayım hüquqları ilə bağlı danışıqlar aparır və oyunların bir hissəsini istifadəçilərə birbaşa təqdim etməyi planlaşdırır.

2026-cı il dünya çempionatı 2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir 11 iyun 2026-cı ildə başlayacaq və tarixdə ilk dəfə olaraq 48 komandanın iştirakı ilə təşkil olunacaq.

“YouTube”-un belə bir addım atması rəqəmsal platformaların idman yayımı bazarında rolunun artdığını göstərir. Son illərdə böyük idman tədbirlərinin televiziya ilə yanaşı internet platformalarında da yayımlanması getdikcə daha geniş yayılır.

Ekspertlər hesab edir ki, “YouTube”-un dünya çempionatını canlı yayımlaması milyonlarla istifadəçiyə oyunları daha rahat izləmək imkanı verə bilər. Bu addım eyni zamanda platformanın qlobal idman yayımı bazarında mövqeyini gücləndirməsinə kömək edə bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.