YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix açıqlandı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Qurultay iştirakçıları artıq bu barədə məlumatlandırılıblar.

12

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçiriləcəyi tarix məlum olub. Qurultay 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində baş tutacaq.

MSNews.az xəbər verir ki, bu barədə “APA” məlumat yayıb.

Məlumata əsasən, qurultay iştirakçıları sentyabrın 24-də tədbirin keçiriləcəyi tarix və məkan barədə məlumatlandırılıblar.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, partiyanın ali rəhbər orqanı olan qurultay İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Qurultayda partiyanın rəhbər orqanlarının seçilməsi və Nizamnaməyə dəyişiklik edilməsi kimi məsələlər üzrə qərarlar qəbul oluna bilər.

Partiyanın sonuncu – VII Qurultayı 2021-ci il martın 5-də keçirilib. Həmin qurultayda yeni Nizamnamə qəbul edilib, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti