Xianq Sueqin milyarderlərin “depopulyasiya planı” olduğunu iddia edib

Çin əsilli kanadalı təhsilçi və şərhçi Xianq Sueqin dünyanın ən varlı şəxslərinin dünya əhalisinin kəskin şəkildə azaldılmasında maraqlı olduğunu iddia edib. Lakin Bezos, Til və Altmanın belə planı dəstəklədiyinə dair sübut yoxdur.

125

Çin əsilli kanadalı təhsilçi və internet şərhçisi Xianq Sueqin dünyanın ən varlı şəxslərinin planet əhalisini kəskin şəkildə azaltmaqda maraqlı olduğunu iddia edib.

Sosial şəbəkələrdə yayılan çıxışında Sueqin Ceff Bezos, Peter Til və Sem Altmanın adını çəkərək milyarderlərin dünyanı həddindən artıq xaotik və idarəolunmaz hesab etdiklərini irəli sürüb. Onun fikrincə, belə bir yanaşmanın nəticəsi dünya əhalisinin 8 milyarddan təxminən 500 milyon nəfərə endirilməsi istəyi ola bilər. Xueqin bunu sübut olunmuş fakt deyil, özünün siyasi-sosial qiymətləndirməsi kimi təqdim edir.

Sueqin oxşar fikirləri əvvəlki çıxışlarında da səsləndirib. Onun çıxışlarının transkriptlərini toplayan “Jiang Lens” arxivinə görə, mart ayında “The Jimmy Dore Show”a müsahibəsində o, qlobal elitaların 8 milyardlıq əhalini “dayanıqsız” hesab etdiyini iddia edib. Həmin müsahibədə Sueqin daha da irəli gedərək yaxın onilliklərdə bəşəriyyətin böyük hissəsinin məhv ediləcəyi barədə sübutsuz proqnozlar səsləndirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.