Xəzərdə faciə: Qazaxıstanın 9 hərbçisi həlak olub, 7-si itkin düşüb

Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlimlər zamanı 19 hərbçini güclü dalğalar aparıb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib. Digər 7 hərbçinin axtarışı davam edir.

9

Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlimlər zamanı baş verən faciə nəticəsində 9 hərbi qulluqçu həlak olub. Güclü dalğaların dənizə apardığı 19 hərbçidən 3-ü xilas edilib, digər 7 nəfərin axtarışı isə davam edir.

MSNews.az xəbər verir ki, hadisə sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində, Aktau şəhərindən təxminən 43 kilometr aralıda yerləşən “Omir Glamping” istirahət bazasının yaxınlığında baş verib.

“CaspianLife” nəşrinin məlumatına görə, hərbçilər “Xəzər qalxanı – 2026” təlimləri çərçivəsində hərbi gəmidən sahilə çıxma tapşırığını yerinə yetirərkən hava şəraiti qəfil pisləşib. Güclü külək və dalğalar hərbi qulluqçuları dənizə aparıb.

Qazaxıstan Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ilkin məlumatlarda 19 hərbçinin dənizə düşdüyü bildirilir. Onlardan 9-nun ölümü təsdiqlənib, 3 nəfər xilas edilib. Xilas olunanlardan biri xəstəxanaya yerləşdirilib.

“Anadolu Agentliyi ”nin məlumatına görə, hadisə yerinə hərbi dəniz qüvvələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər aidiyyəti xidmətlərin qüvvələri cəlb olunub.

Hadisənin səbəblərini araşdırmaq və axtarış-xilasetmə əməliyyatlarını əlaqələndirmək məqsədilə müdafiə naziri Dauren Kosanovun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb.

Qazaxıstan Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və onlara lazımi dəstəyin göstəriləcəyini açıqlayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti