ABŞ‑mərkəzli “X” sosial media platforması İranın rəsmi bayraq emojisini ölkədəki kütləvi etirazlar fonunda 1979‑cu il inqilabından əvvəlki “Aslan və Günəş” bayrağı ilə əvəz edib. Bu dəyişiklik istifadəçilər tərəfindən plartformanın veb versiyasında müşahidə olunub və İran hökumətinin rəsmi hesablarında da fanilər olaraq göstərilib.
“X”‑in məsul əməkdaşı Nikita Bier bir istifadəçi sorğusuna cavab olaraq bu yeniləmənin ediləcəyini bildirib. Qısa müddət sonra veb üzərindəki İran bayrağı emojisi dəyişdirilərək, 1979‑cu il inqilabından əvvəl bu ölkənin dövlət bayrağında istifadə olunan «Aslan və Günəş» simvolu ilə əvəz olunub. Bu simvol İranın monarxik dövrünü xatırladır və hazırkı etirazlarda müxalifət qrupları arasında geniş yayılıb.
Bayrağın dəyişdirilməsi, İran daxilində sürətlə genişlənən etirazlar və narazılıqlar ilə eyni zamana təsadüf edir. İranda son günlər geniş iqtisadi böhran və sosial narazılıqlar səbəbilə etirazlar baş qaldırıb, və bu prosesdə bir çox vətəndaş rəsmi İslam Respublikası bayrağını monarxiyanı təmsil edən “Aslan və Günəş” simvolu ilə əvəzləyərək rejimə qarşı narazılıqlarını nümayiş etdiriblər.
Bu dəyişiklik yalnız “X” platformasının veb versiyasında tətbiq olunub; digər cihaz və tətbiq versiyalarında isə hələlik İranda rəsmi dövlət bayrağı görünür.