UEFA ÇL finalı: PSJ-“Arsenal”

UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün PSJ – “Arsenal” finalı üçün komandaların start heyətləri açıqlanıb. Oyun Bakı vaxtı ilə saat 20:00-da Budapeştdə başlayacaq.

158

Bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün qalibi müəyyənləşəcək. Finalda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları üz-üzə gələcək.

MSNews.az-ın məlumatına görə, Budapeştdə keçiriləcək həlledici oyun üçün komandaların start heyətləri açıqlanıb. PSJ meydana Safonov, Markinyos, Paço, Mendeş, Hakimi, Neveş, Vitinya, Ruis, Due, Kvaratsxeliya Dembele ilə çıxacaq.

“Arsenal”ın start heyətində isə Raya, Saliba, Maqalhaes, Lyuis-Skelli, Moskera, İnkapiye, Trossard, Rays, Edeqor, Saka Haverts yer alıb.

“Arsenal”da Yurrien Timber zədədən qayıtsa da, start heyətində yer almayıb və ehtiyat oyunçular skamyasında qalıb. Onun əvəzinə sağ cinah müdafiəsində Kristhian Moskera oynayacaq. London klubunda Kay Haverts hücumun mərkəzində Viktor Gyökeresdən üstün tutulub.

PSJ-nin baş məşqçisi Luis Enrike isə finala əsas heyət hesab etdiyi futbolçularla başlayır. Əşrəf Hakimi və Usman Dembele zədələrini tam sağaltdıqdan sonra start heyətinə daxil ediliblər.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu almaniyalı referi Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olmuşdu. “Arsenal” isə klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirini qazanmağa çalışacaq.

*********************************************

Matçın 6-cı dəqiqəsində meydanın mərkəzində PSJ futbolçularının etdikləri səhv nəticəində “Arsenal” güclü əks-hücuma keçdi və Kai Haverts hesabı açdı. 0:1

********************************************

Matçın 65-ci dəqiqəsində “Arsenal”-ın cərimə meydançası daxilində PSJ-nin gürcü oyunçusu Kviça Kvaratsxeliyanın qarşısının Moskuera tərəfindən kobud şəkildə alınmasını hakim penalti kimi dəyərləndirdi və penaltini dəqiq yerinə yetirən Usman Dembele hesabı bərabərləşdirdi. 1-1

********************************************

Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə bitdi.

********************************************

Matça artırılmış hər iki 15 dəqiqə də eyni hesabla yekunlaşdı və matçın taleyi penalti seriyası ilə müəyyənləşdi. Penalti vuruşlarında daha dəqiq olan Paris komandası UEFA Çempionlar Liqasının qalibi adını qazandı. 4-3

 

 

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031