UEFA Çempionlar Liqasının növbəti turunun oyunları keçirilib

UEFA Çempionlar Liqasının 6-cı turunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr qeydə alındı.

160

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu 9 dekabr tarixində baş tutub. Erkən seansda “Kayrat” ilə “Olimpiakos” qarşılaşıb və Qazaxıstan təmsilçisi turu 0-1 hesabı ilə məğlubiyyətlə başa vurub.

Almaniya nəhəngi “Bavariya” isə “Sportinq Lissabon” qarşısında ilk yarını 0-1 hesabı ilə geri düşməsinə baxmayaraq matçı 3-1 hesabı ilə çevirməyi bacarıb.

Saat 00:00-da başlayan oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

  • Monako 1-0 Qalatasaray
  • İnter 0-1 Liverpul
  • Barselona 2-1 Ayntraxt
  • Atalanta 2-1 Çelsi
  • Tottenhem 3-0 Slaviya Praqa
  • PSV 2-3 Atletiko Madrid
  • Yunion Sen-Jilua 2-3 Marsel

Tura yekun vuraraq, bir sıra komandalar növbəti mərhələyə yüksəlmə ümidlərini qoruyub, bəzi təmsilçilərin nəticələri isə liqa mərhələsində ümid doğurmur.

İsmayıl Süleymanov

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930