Ukrayna–Rusiya müharibəsi, Orta Şərqdəki gərginliklər və ABŞ–Çin rəqabəti kimi qlobal risklərin artması dünyada Üçüncü Dünya Müharibəsi ehtimalını yenidən gündəmə gətirib və bu qorxulu ssenaridə hansı ölkələrin sağ qala biləcəyinə dair süni intellekt modelləri hazırlınıb.
Analizin nəticəsinə görə, nəhəng qlobal dağıntı halında ən çox sağ qalma potensialına malik ölkə coğrafi baxımdan uzaqda yerləşən və nüvə hədəflərindən uzaq Yeni Zelandiya hesab olunur ki, bu ölkə həm özünü ərzaqla təmin edə, həm də geotermal enerji kimi davamlı mənbələrə malikdir və az əhalisi sayəsində böhran zamanı resursların idarə olunması daha asan olar. Bu model həmçinin iki alternativ namizədin — İslandiya və İsveçrənin də adını çəkir.
İslandiya da izolyasiyaya və yenilənə bilən enerjiyə malikdir, İsveçrə isə dağlıq topoqrafiyası və tərəfsiz siyasəti ilə sığınacaq potensialını artırır.
Analiz süni intellekt tərəfindən aparılsa da, ekspertlər qeyd edirlər ki, real müharibə ssenarilərində təhlükəsizlik ölkənin geosiyasi mövqeyindən əlavə, nüvə, iqtisadi və hərbi faktorlarla da müəyyənləşir və heç bir yer tam şəkildə zərər görməyəcək deyil; lakin bəzi adalar və uzaq bölgələr nisbətən daha az risklə üzləşə bilər.