Türkiyə İran əməliyyatında kürd qüvvələrinə qarşı çıxıb

İsrail və ABŞ-ın dəstəklədiyi iddia olunan kürd quru əməliyyatının Türkiyənin təzyiqi ilə dayandırıldığı bildirilir. Ankaranın İrana hava dəstəyi verəcəyi barədə məlumat isə rəsmi təsdiqini tapmayıb.

25

Türkiyənin İran hakimiyyətini devirmək məqsədilə planlaşdırıldığı iddia olunan kürd quru əməliyyatına qarşı çıxdığı və təşəbbüsün həyata keçirilməsinin qarşısını aldığı bildirilir.

MSNews.az xəbər verir ki, İsrailin “Kan” yayım korporasiyası ABŞ və İsrailin İranın qərbində fəaliyyət göstərən kürd qruplaşmalarına logistika və hava dəstəyi verməyi nəzərdən keçirdiyini yazıb. Məqsədin İran təhlükəsizlik qüvvələrini ölkənin qərb sərhədində məşğul etmək və hakimiyyətə qarşı daxili təzyiqi artırmaq olduğu iddia edilib.

“Reuters” üç mənbəyə istinadən İsrailin İran Kürdüstanı qruplaşmaları ilə təxminən bir il danışıqlar apardığını və İranın sərhəd şəhərlərinin ələ keçirilməsinin müzakirə olunduğunu bildirib. Mənbələr mümkün quru əməliyyatının ABŞ və İsrailin hava dəstəyi olmadan həyata keçirilməsinin çətin olacağını deyiblər. İsrail hökuməti və ordusu isə bu əməkdaşlığı açıq şəkildə təsdiqləməyib.

İsrailin “Ynet” nəşrinin məlumatına görə, Türkiyə İraqdan İrana doğru hərəkət etdiyi iddia olunan təxminən 500 kürd döyüşçünün əməliyyata qoşulmasının qarşısını alıb. Ankara İraq Kürdüstanının siyasi rəhbərliyinə əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib, PKK-ya isə plana qoşulacağı təqdirdə tədbir görüləcəyi mesajını çatdırıb.

“Asharq Al-Awsat” Türkiyə mənbələrinə istinadən yazıb ki, PKK və onun İran qolu hesab edilən PJAK əməliyyata qoşularsa, Ankara Şimali İraqda Suriyadakı əməliyyatlarına bənzər hərbi müdaxiləyə başlaya bilər. Türkiyə nümayəndələrinin İraq Kürdüstanı rəsmilərinə “Suriyada etdiyimiz kimi müdaxilə edəcəyik” mesajını çatdırdığı iddia olunur.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti