Azərbaycanın “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb. Qarşılaşma oktyabrın 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.
MSNews.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun mətbuat xidməti məlumat yayıb. Biletlərinin satışına sentyabrın 22-də start verilib.
Biletlərin saat 11:00-dan etibarən “BirBilet” platforması vasitəsilə satışa çıxarılacağı açıqlanıb.