Trampın İsrailin Qərbi Şerianın ilhaqına qarşı olduğu iddia edilir

ABŞ Prezidenti Donald Trampın İsrailin işğal altındakı Qərbi Şeria bölgəsini ilhaq etməsinə qarşı olduğu iddia edilir. İsrail hökumətinin qərarları bölgədə gərginliyi artırıb.

321

ABŞ Prezidenti Donald Trampın, İsrailin işğal altındakı Qərbi Şeria bölgəsini ilhaq etməsinə qarşı olduğu iddia edilib.

“Axios” müxbiri Barak Ravidin paylaşımına görə, adının açıqlanmadığı bir Ağ Ev rəsmisi Trampın Qərbi Şerianın ilhaqına isti baxmadığını bildirib. Rəsminin fikrinə görə, “Sabit bir Qərbi Şeria İsrailin təhlükəsizliyini təmin edir və bölgədə sülh məqsədləri ilə uyğun gəlir.”

Əvvəllər də Qərbi Şerianın ilhaqına qarşı olduğunu dilə gətirən Tramp, 2025-ci ilin oktyabrında İsrail parlamentindəki ilhaq səsverməsi ilə bağlı “Qərbi Şeria barədə narahat olmayın, İsrail orada heç bir şey etməyəcək” demişdi. Buna baxmayaraq, İsrail təhlükəsizlik kabineti Fələstin idarəsindəki bəzi ərazilərdə “nəzarət və kontrol fəaliyyətlərini” artıran bir sıra qərarlar qəbul edib.

Qərarlar arasında yəhudi məskunların birbaşa torpaq almasının qarşısındakı məhdudiyyətlərin aradan qaldırılması, İsrailin Fələstin idarəsinin məsuliyyətindəki əraziləri müxtəlif səbəblərlə zəbt etmə səlahiyyətinin genişləndirilməsi, eləcə də Əl Xəlil və Beytüllahimdə Fələstin idarəsinin səlahiyyətlərinin məhdudlaşdırılması yer alıb.

1995-ci il İkinci Oslo Razılaşmasına əsasən, Qərbi Şeria üç hissəyə bölünür: tamamilə Fələstin idarəsindəki “A Bölgəsi”, Fələstin mülki idarəçiliyi ilə İsrail təhlükəsizlik nəzarəti altında olan “B Bölgəsi” və tamamilə İsrail nəzarətində olan “C Bölgəsi”.

“C Bölgəsi” Qərbi Şeria ərazisinin təxminən 61%-ni təşkil edir. İsrailin qəbul etdiyi qərarlar və ilhaq addımları bölgədə ciddi beynəlxalq reaksiyalar və gərginlik yaradıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.