Tramp Təşkilatı Tbilisidə 70 mərtəbəli qüllə tikməyi planlaşdırır

"Trump Organization" Tbilisidə 70 mərtəbəli, lüks rezidensiya, mağaza və hotel xidmətlərini birləşdirən yeni “Trump Tower” layihəsi hazırlayır.

21

ABŞ prezidenti Donald Trampın ailə biznesi olan “Trump Organization” Gürcüstanın paytaxtı Tbilisidə yeni göydələn layihəsi üzərində işləyir.

“The Wall Street Journal”“Reuters”-in yaydığı məlumata görə, “Trump Tower Tbilisi” adlandırılan layihə təxminən 70 mərtəbəli olacaq və tamamlandıqdan sonra şəhərin ən hündür binalarından birinə, hətta bəzi mənbələrə görə ən hündür binasına çevriləcək.

Layihənin lüks rezidensiyalar, mağazalar və hotel tipli xidmətlərlə təchiz edilmiş çoxfunksiyalı kompleks kimi nəzərdə tutulduğu bildirilir. Layihə Gürcüstanın “Archi Group”Biograpi Living” şirkətləri ilə tərəfdaşlıq çərçivəsində hazırlanır. Rəsmi təqdimat materiallarında isə layihənin memarlıq dizaynının Gensler” tərəfindən işlənildiyi qeyd olunur.

Gürcüstan mediasında yayılan rəsmi məlumatlarda bu layihənin regionda ilk Tramp markalı layihə olduğu vurğulanır. Eyni zamanda, bəzi materiallarda “Blox Group” və Nyu-York mənşəli Sapir Organization” adları da tərəfdaşlar sırasında çəkilir.

Layihə həm də maraq toqquşması müzakirələrini yenidən gündəmə gətirib. “Reuters” xatırladır ki, Donald Tramp prezident olduqdan sonra aktivlərini övladlarının idarə etdiyi trasta ötürsə də, o, hələ də həmin gəlirlərin benefisiarı olaraq qalır. Bu səbəbdən beynəlxalq brend layihələri yenidən siyasi və etik müzakirələr yaradır.