Tramp Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Newsmax” nəşrinə müsahibəsini paylaşıb. Hacıyev müsahibədə Trampın Azərbaycan–Ermənistan sülh prosesindəki rolundan və Bakı–Vaşinqton münasibətlərindən danışıb.

9

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax” nəşrinə verdiyi müsahibəni özünün “Truth Social” hesabında paylaşıb.

MSNews.az xəbər verir ki, Tramp sentyabrın 23-də müsahibəyə keçidi “Truth Social” hesabında  yerləşdirib. Paylaşılan materialda Hacıyevin Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesindəki roluna dair fikirləri yer alır.

Sentyabrın 14-də dərc olunmuş müsahibədə  Hacıyev bildirib ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq yeni mərhələyə keçib. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin Trampın iştirakı ilə keçirilən görüşünü sülh prosesi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Hacıyevin fikrincə, Trampın prosesə şəxsi müdaxiləsi Bakı ilə İrəvan arasında uzun illər davam edən münaqişənin nizamlanması istiqamətində irəliləyişə kömək edib. Prezidentin köməkçisi bu prosesin ABŞ–Azərbaycan münasibətlərinə də təsir göstərdiyini vurğulayıb.