Tramp Ərdoğan haqqında: “O, sərt adamdır, onunla zarafat etmək olmaz”

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Yaxın Şərq liderləri ilə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb. Tramp Ərdoğan haqqında “O, sərt adamdır, onunla zarafat etmək olmaz” deyib.

92

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Yaxın Şərq liderləri ilə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında danışaraq onu dostu adlandırıb. Tramp Ərdoğanın sərt xarakterli siyasətçi olduğunu söyləyib.

MSNews.az xəbər verir ki, görüş sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində keçirilib. Ərdoğanla görüşərkən ona işarə edən Tramp deyib:

“Mənim dostum bax oradadır, Türkiyədəndir. O, sərt adamdır. Onunla zarafat etmək olmaz”.

Tramp Ərdoğanla münasibətlərindən məmnunluğunu da ifadə edib. Görüşdən yayılan görüntülərdə ABŞ prezidentinin Türkiyə lideri ilə əl sıxdığı görünür.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.