ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra ölkənin müvəqqəti lideri olan vitse-prezident Delsi Rodrigezə xəbərdarlıq edib ki, əgər o “doğru olanı etməzsə”, çox ağır nəticələrlə üzləşə bilər. Trampın bu açıqlaması “The Atlantic” jurnalına verdiyi müsahibədə səsləndirilib.
Müsahibədə Tramp bildirib ki, Venesuelada baş verən son hadisələrdə Vaşinqtonun gözləntilərinə uyğun hərəkət etməyən şəxslər daha böyük “cəzaya” məruz qala bilər — hətta Madurodan daha ağır. Bu ifadə Trampın ölkəsinin Venesueladakı gələcək siyasətinə dair sərt mövqeyini göstərir.
Xatırladaq ki, ABŞ qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Maduro və həyat yoldaşı Silia Flores ələ keçirilərək ABŞ-a gətirilib. Tramp bu hərəkəti “düzgün addım” adlandırmış, Venesuelanın idarə olunmasına dair yeni siyasətlərin tətbiq olunacağını bildirmişdi.
Bununla yanaşı, Delsi Rodrigez Venesuela televiziyasında çıxış edərək ölkəsinin heç bir xarici gücün “müstəmləkəsi” olmayacağını və Maduroya dəstək mesajlarını yenidən təkrarlayıb, ABŞ-a sərt reaksiya verib.