Tramp CNN, MS NOW və “Politico”-nun Ağ Evə girişini qadağan etdi

Donald Tramp CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini qadağan etdiyini açıqlayıb. Qərardan sonra MS NOW əməkdaşlarının Ağ Evə buraxılmadığı təsdiqlənib.

17

ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və “Politico” media qurumlarının jurnalistlərinin Ağ Evə girişini qadağan etdiyini açıqlayıb. Prezident qərarını sözügedən media qurumlarının onun administrasiyası haqqında davamlı olaraq yalan məlumatlar yayması ilə əsaslandırıb.

MSNews.az xəbər verir ki, Tramp bu barədə sentyabrın 18-də özünün “Truth Social” hesabında paylaşım edib. Prezident qərarın dərhal qüvvəyə mindiyini bildirərək adıçəkilən media qurumlarının ABŞ administrasiyası haqqında hazırladığı materialları kəskin tənqid edib.

Bu barədə “Reuters”  məlumat yayıb.

Tramp paylaşımında media qurumlarının ABŞ Prezidenti, onun administrasiyası və ölkə haqqında uydurma məlumatlar yaymamalı olduğunu vurğulayıb. O, digər media qurumlarının da oxşar məhdudiyyətlərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ Prezidenti həmçinin MS NOW telekanalının əvvəlki adı olan MSNBC-ni dəyişməsini izləyici və etimad itkisi ilə əlaqələndirib. “Politico” nəşrini isə Co Bayden administrasiyası dövründə dövlət qurumlarından 8 milyon dollar məbləğində qanunsuz abunə ödənişi almaqda ittiham edərək bunu korrupsiya kimi qiymətləndirib.

Bununla belə, ABŞ-nin dövlət xərclərinə dair məlumatlar göstərir ki, sözügedən ödənişlər dövlət qurumlarının Politico və onun peşəkar informasiya xidmətlərinə abunəliyi ilə bağlı olub. “CBS News”  daha əvvəl bu iddianı araşdıraraq ödənişlərin qanunsuz maliyyələşdirmə kimi təqdim edilməsinin faktlarla təsdiqlənmədiyini bildirib.

Sentyabrın 19-da isə qadağanın tətbiqinə başlanıldığı məlum olub. “CBS News”  telekanalının məlumatına görə, MS NOW-un müxbiri və operatoru Ağ Evə daxil olmaq istəyərkən geri qaytarılıblar. Digər iki media qurumunun jurnalistlərinə münasibətdə qadağanın tətbiqinin bütün detalları isə hələlik dəqiqləşdirilməyib.

CNN və “Politico” qərara etiraz edərək jurnalistlərinin fəaliyyətini davam etdirəcəklərini və ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan mətbuat azadlığını müdafiə edəcəklərini bildiriblər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.