“Tigres” azarkeşlərindən Jinyaka möhtəşəm vida

"Tigres” azarkeşləri 40 yaşlı Andre-Pyer Jinyak üçün möhtəşəm vida performansı hazırlayıb. Fransalı hücumçu Meksika klubunda 10 ildən artıq müddətdə tarixi uğurlara imza atıb.

4

Meksikanın “Tigres” klubunun azarkeşləri fransalı hücumçu Andre-Pyer Jinyak üçün emosional performans təşkil ediblər. “Estadio Universitario”da hazırlanan böyük mozaika və tribunaların reaksiyası 40 yaşlı futbolçuya vida jesti kimi qiymətləndirilib. Meksika mediası bunun Jinyakın “Tigres” forması ilə son müntəzəm mövsüm oyunlarından biri ola biləcəyini yazır.

MSNews.az xəbəri “Fox Sports”-a istinadən verir.

Jinyak 2015-ci ildə “Marsel”dən “Tigres”ə keçib və qısa müddətdə klub tarixinin ən vacib legionerlərindən birinə çevrilib. Klubun rəsmi məlumatına görə, fransalı hücumçu “Tigres”lə 5 dəfə Liga MX, 4 dəfə “Campeón de Campeones”, 1 dəfə CONCACAF Çempionlar Liqası və 2 dəfə “Campeones Cup” qalibi olub. O, həmçinin klub tarixinin bütün turnirlər üzrə ən yaxşı bombardiri sayılır. 

Futbolçunun gələcəyi ilə bağlı hələ rəsmi yekun qərar açıqlanmayıb. Bununla belə, Meksika mediasında yayılan məlumatlara görə, Jinyakın müqaviləsinin yenilənməyəcəyi və onun mövsümün sonunda “Tigres”dən ayrılacağı ehtimalı güclənib. Transfermarkt məlumatlarında da onun hazırkı müqaviləsinin 2026-cı ilin iyununda başa çatdığı göstərilir.

Jinyakın Meksikadakı 10 ildən artıq dövrü “Tigres” üçün tarixi mərhələ hesab olunur. O, yalnız qolları və titulları ilə deyil, klubun beynəlxalq imicinin yüksəlməsindəki rolu ilə də azarkeşlərin sevimlisinə çevrilib. Buna görə də tribunaların “Gracias, Gignac” mesajı ilə hazırladığı performans sosial şəbəkələrdə böyük maraq doğurub.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
26 aprel 2026