Suriya ordusu Hələbin Əşrəfiyyə məhəlləsini nəzarətə götürdü

Suriya ordusu Hələbdə PKK işğalındakı Əşrəfiyyə məhəlləsini böyük ölçüdə nəzarət altına alıb. Əməliyyatlar çərçivəsində ordu irəliləyir və sivillərin təhlükəsiz zonalara çıxışı üçün humanitar dəhlizlər açılıb.

352

Suriya ordusu Hələb şəhərinin PKK/YPG terror qruplaşmasının nəzarətində olduğu Əşrəfiyyə mahəlləsini böyük ölçüdə ələ keçirib.

Suriya ordusunun birlikləri PKK/YPG‑nin şəhərdəki mövqelərinə qarşı dəqiq və kəsərli əməliyyatlarını davam etdirərkən, Əşrəfiyyə mahəlləsinin girişindəki ilk mövqeləri keçərək içərilərə doğru irəliləyib və terror qruplaşmasının idarə etdiyi əhəmiyyətli mövqelərin çoxunu nəzarət altına alıb. Suriya Daxili İşlər Nazirliyinin xüsusi tapşırıq qüvvələri də bölmələrə qoşularaq bu ərazidə axtarış əməliyyatlarına başlayıblar.

Rəsmi mənbələr terrorçularla ordu arasında bəzi məntəqələrdə hələ də davam edən döyüşlərin olduğunu bildirir və Əşrəfiyyə ilə yanaşı Şeyx Maqsud və Beni Zeyd məhəllələrində də küçəyə çıxma qadağası elan edilib. Əməliyyat çərçivəsində sivillərin təhlükəsiz zonalara çıxışı üçün iki humanitar dəhliz açılıb və yüzlərlə insan bu dəhlizlər vasitəsilə təhlükəsiz ərazilərə keçirilib.

Bu əməliyyatlar PKK/YPG‑nin şəhər daxilində sivil əhaliyə qarşı top, raket və ağır silahlarla hücumlarının artdığı bir vaxtda həyata keçirilir və Suriya hökuməti təhlükəsizliyi bərpa etmək məqsədilə hərbi irəliləyişi davam etdirir

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.