“Sülh Şurası” Azərbaycanı təsisçi ölkə kimi qəbul etdiyini açıqladı

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası" Azərbaycanı təsisçi ölkələrdən biri kimi salamladığını bəyan edib. Prezident İlham Əliyev Davosda nizamnamənin imzalanmasında iştirak edib.

98

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” Azərbaycanı təşkilatın təsisçi ölkələrindən biri kimi qəbul etdiyini açıqlayıb. Bu barədə qurumun “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan bəyanatda bildirilir.

Açıqlamada qeyd olunur ki, “Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın əsasını qoyan ölkələrdən biri kimi salamlayır”.

Xatırladaq ki, 22 yanvar tarixində Davosda “Sülh Şurasının Nizamnaməsi” adlı sənədin imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Sözügedən təşəbbüs beynəlxalq müstəvidə sülhün və dialoqun təşviqi məqsədi daşıyan yeni qlobal platforma kimi qiymətləndirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026