Stefani Kvolek: Poladdan beş qat güclü “Kevlar” lifinin ixtiraçısı

Stefani Kvolek, "DuPont"-da işləyərkən poladdan beş qat güclü “Kevlar” lifini kəşf edib. Onun ixtirası gülləkeçirməz jiletlərdən kosmik və sənaye materiallarına qədər geniş tətbiq sahəsi tapıb və material elmlərində inqilabi dəyişiklik yaradıb.

114

İkinci Dünya Müharibəsi zamanı güllədən qoruyan yüngül və etibarlı materialların olmaması ciddi problem yaradırdı. Polad mövcud olan yeganə zireh materialı idi, lakin ağır olmaqla yanaşı, həm də praktik deyildi. 1901-ci ildən mövcud olan gülləkeçirməz jiletlər isə tam müdafiə təmin etmirdi.

1965-ci ildə Amerika kimyaçısı Stefani Kvolek (Stephanie Kwolek), işlədiyi “DuPont” şirkətində poladdan beş qat güclü və yüngül olan “Kevlar” lifini kəşf etdi. Kevlar yalnız hərbi sahədə deyil, eyni zamanda mülki sektorda da geniş istifadə olunur: gülləkeçirməz jiletlər, motosiklet geyimləri, kosmik və sənaye materialları, idman avadanlıqları və avtomobil komponentləri bu lifdən hazırlanır.

Stefani Kvolek 1923-cü il iyulun 31-də Pensilvaniyada doğulub və 1946-cı ildə Karnegi-Mellon Universitetində kimya üzrə təhsil alıb. “DuPont”-da uzun illər çalışan Kvolek, 40 illik karyerası ərzində 17-dən 28-ə qədər patent əldə edib və şirkətdə elmi işçi olaraq fəaliyyətini davam etdirib. O, Amerika Kimya Cəmiyyətinin, Milli Texnologiya və İnnovasiya Akademiyasının üzvü olub, 1996-cı ildə Milli Texnologiya Medalına layiq görülüb və 2003-cü ildə Milli Qadınlar Şöhrət Zalına daxil edilib. Alim 2014-cü il iyunun 18-də Delaver ştatının Uilmington şəhərində vəfat edib.

Stefani Kvolekin ixtirası material elmləri və təhlükəsizlik texnologiyalarında inqilabi dəyişiklik yaratmaqla yanaşı, qadın alimlərin elmdəki rolunu dünyaya tanıdıb və bu gün də həyatları qorumaq üçün istifadə olunan texnologiyalarda əsas element olaraq qalır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.