Fars körfəzi regionunda strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında gərginlik yenidən yüksəlib. Türkiyənin “Sözcü” nəşrinin məlumatına görə, ABŞ bölgədə baş verən insidentlər fonunda müdaxilə edib.
Xəbərdə bildirilir ki, ABŞ hərbi qüvvələri boğazda təhlükəsizliyi təmin etmək və mümkün təhdidlərin qarşısını almaq məqsədilə aktiv addımlar atıb. Belə ki, Oman körfəzində İran bayrağı altında üzən TOUSKA adlı karqo gəmisi bütün xəbərdarlıqlara baxmayaraq, blokadanı yarmağa çalışarkən ABŞ tərəfindən saxlanılıb. ABŞ dəniz piyadaları gəmini nəzarətə götürüb.
Hələlik tərəflərdən rəsmi şəkildə genişmiqyaslı açıqlama verilməsə də, bölgədə vəziyyətin diqqətlə izlənildiyi bildirilir.