“Simpsonlar” animasiyasının “kəhanət” sirləri yenidən gündəmdə

"Simpsonlar" cizgi serialının yaradıcısı Mett Qröninqin Ceffri Epşteyn sənədlərində adının keçməsi sosial mediada animasiya serialının kəhanətləri ilə bağlı yeni müzakirələrə səbəb olub.

16

Dünyaca məşhur animasiya serialı olan “Simpsonlar”ın illərdir davam edən “kəhanət” adlandırılan proqnozları yenidən ictimai müzakirə obyektinə çevrilib.

ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn ilə bağlı açılan sənədlərində serialın yaradıcısı Mett Qröninqin adı da çəkilir ki, bu məqam sosial mediada serialın qabaqcadan gördüyü hesab olunan “kəhanətlərin” sirrinin açıldığı iddialarını ortaya qoyub.

Epşteyn işinə daxil olan ifadələrdə Vircinia Ciuffre adlı qurbanın iddiasına görə, Qröninq ilə Epşteyn arasında yaxınlıq olub və bu əlaqə çərçivəsində müəyyən əməkdaşlıqlar gerçəkləşib. Sosial şəbəkələrdə bir qisim istifadəçilər belə bir əlaqənin “Simpsonlar”ın real hadisələri “əvvəlcədən bilməkdə” rol oynadığı barədə spekulyasiyalara səbəb olduğunu qeyd edirlər.

Serialın 2000-ci ildə yayımlanan 12-ci sezonunun 6-cı bölümündə “bir adada gizli qrupların dünyanı idarə etdiyi” haqqında səhnənin, bəzi izləyicilər tərəfindən Epşteyn ilə əlaqələndirildiyi də müzakirələrdə yer alıb.

Serialın 1989-cu ildən etibarən müxtəlif siyasi, texnoloji və digər real dünya hadisələrini əvvəlcədən “təsvir etdiyi” düşüncələri sosial mediyada yenidən canlanıb.