SEPAH kəşfiyyat rəhbəri Məcid Xademi öldürüldü

İran dövlət mediası SEPAH kəşfiyyat rəhbəri Seyid Məcid Xademinin öldüyünü açıqlayıb. Xademi 2025-ci ilin iyununda bu vəzifəyə təyin olunmuşdu. 

29

İran dövlət mediası aprelin 6-da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qurumunun rəhbəri Seyid Məcid Xademinin öldüyünü açıqlayıb.

Rəsmi açıqlamada onun ölümünün səbəbi barədə ilkin mərhələdə ətraflı məlumat verilməyib. “Associated Press” isə İsrailin sonradan bu zərbəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü yazıb.

Məcid Xademi bu posta 2025-ci ilin iyununda gətirilmişdi. İranın “Mehr” agentliyinin məlumatına görə, onun təyinatı barədə əmri həmin vaxt SEPAH-ın baş komandanı Məhəmməd Pakpur imzalamışdı. Xademi bu vəzifədə daha əvvəl öldürülmüş Məhəmməd Kazemini əvəz etmişdi. “Reuters” ötən il yayımladığı materialda Kazeminin 2025-ci ilin iyununda İsrail zərbələri zamanı həlak olan yüksək vəzifəli təhlükəsizlik fiqurları arasında olduğunu bildirmişdi.

Məhəmməd Pakpurun özü də artıq həyatda deyil. O, 2026-cı il fevralın 28-də İran ərazisinə endirilən ABŞ-İsrail zərbələri zamanı öldürülən yüksək rütbəli hərbi rəhbərlərdən biri olub. Beləliklə, son aylar ərzində İranın güc strukturlarında bir-birinin ardınca baş verən itkilər SEPAH rəhbərliyində ciddi boşluq yaradıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.