SDQ heyəti Dəməşqdə hərbi inteqrasiya müzakirələrinə başladı

Suriya Demokratik Qüvvələri (SDQ) heyəti, 10 Mart razılaşması çərçivəsində hərbi inteqrasiya müzakirələrini aparmaq üçün Dəməşqdə keçid hökuməti ilə görüşlərə başladı. Görüşdə ABŞ-ın rəhbərlik etdiyi CJTF-OIR koalisiyası da iştirak edir.

154

Suriya Demokratik Qüvvələri (SDQ) heyəti, keçid hökuməti ilə 10 Mart razılaşması çərçivəsində hərbi inteqrasiya mövzusunda danışıqları davam etdirmək üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Toplantıya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq İŞİD əleyhinə koalisiya, Birgə Müştərək Tapşırıq Qüvvəsi – Təbii Qətiyyət Əməliyyatı (CJTF-OIR) komandanı general Kevin Lambert də qatılacaq.

SDQ-dən verilən açıqlamaya görə, heyətdə SDQ Baş Komandanı Mazlum Abdi ilə yanaşı, digər hərbi komandirlər Sozdar DerikSipan Hamo da iştirak edir. SDQ sosial mediada yazıb:


“Suriya Demokratik Qüvvələri rəhbərliyindən bir heyət, hərbi inteqrasiya prosesi ilə bağlı danışıqlar çərçivəsində hazırda Suriya hökumətinin səlahiyyətliləri ilə Dəməşqdə görüşür. Heyətdə SDQ Baş Komandanı Mazlum Abdi, ümumi komandirlərdən Sozdar Derik və Sipan Hamo da iştirak edir. Bu ilkin məlumatlardır; ətraflı detallar daha sonra paylaşılacaq.”

Qeyd edək ki, Mazlum Abdi və heyətin əvvəlki görüşü 29 dekabrda “texniki və logistik səbəblər” üzündən təxirə salınmışdı.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.