Sadiq Əliyev Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin edildi

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub. Peşəkar karyerası İqtisadiyyat və Əmək Nazirliklərində müxtəlif vəzifələrdə olub.

88

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin yeni direktoru təyin olunub.

MSNews.az xəbər verir ki, Sadiq Cabir oğlu Əliyev bu vəzifəyə gətirilib.

S.Əliyev 1984-cü ildə anadan olub və 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə isə magistr təhsili alıb. Peşəkar karyerasına 2006-cı ildən İqtisadiyyat Nazirliyində başlayan S.Əliyev müxtəlif vəzifələrdə çalışıb, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsini icra edib. 2024-cü ilin mayından Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərdikdən sonra hazırkı təyinatla Dövlət Xəzinədarlıq Agentliyinə rəhbər təyin olunub.