Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
MSNews.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, “Sabah” Finlandiyanın KuPS klubunu mübarizədən kənarlaşdıracağı halda “Orxus”–“Lex Poznan” cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” ilk oyununu “Orxus”–“Lex Poznan” duelinin qalibinə qarşı səfərdə keçirəcəyi göstərilib. Cavab qarşılaşması isə Bakıda təşkil olunacaq.
“Sabah” və KuPS arasında II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə iyulun 29-da Finlandiyada keçiriləcək. “Orxus”–“Lex Poznan” cütünün də ilk qarşılaşması iyulun 21-nə təyin olunub.
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları avqustun 4–5-də, cavab oyunları isə avqustun 11-də keçiriləcək. Bu mərhələnin qalibi turnirin pley-off raunduna yüksələcək, məğlub komanda isə mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək.