Sabah KuPS-u da keçdi, Çempionlar Liqasında növbəti mərhələyə yüksəldi

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

99

MSNews.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab görüşündə də üstünlüyünü qoruyub. Kuopioda keçirilən qarşılaşmada “Sabah” 2:0 hesabı ilə qalib gələrək iki oyunun nəticəsinə əsasən 3:0 hesablı ümumi üstünlüklə mərhələ adlayıb. Görüşdə Azərbaycan klubunun qollarını Velko Simiç vurub. 

Matç Finlandiyanın Kuopio Mərkəzi Stadionunda baş tutub. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb və israilli hakimlər briqadası tərəfindən idarə olunub. İlk oyunda olduğu kimi, “Sabah” nizam-intizamlı müdafiəsi və əks-hücumları ilə rəqibinə ciddi imkan verməyib. 

Bu nəticə ilə “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Bununla yanaşı, Azərbaycan çempionu avrokuboklarda ən azı UEFA Konfrans Liqasının liqa mərhələsində iştirakını da təmin edib. 

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti