Saakaşvilinin keçmiş mühafizəçisi Ukrayna Ordusunda alay komandiri oldu

Mixeil Saakaşvilinin keçmiş mühafizəçisi Giorgi Kuparaşvili Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunda mexanikləşdirilmiş alay komandiri təyin olunub.

234

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin keçmiş mühafizəçisi Giorgi Kuparaşvili Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun tərkibindəki mexanikləşdirilmiş alaylardan birinə komandan təyin olunub. Bu barədə ilk məlumatı Saakaşvilinin özü sosial media paylaşımında açıqlayıb, Gürcüstan mediası isə xəbəri onun bəyanatına istinadən yayıb.

MSNews.az “İnterpressnews” portalına istinadən xəbər verir.

Kuparaşvilinin bioqrafiyası ilə bağlı yayılan məlumatlarda onun “Azov”un qurucularından biri olduğu bildirilir. Ukrayna və regional media mənbələri onun “Azov” sıralarında ilk dövrlərdən xidmət etdiyini, Mariupoldakı “Azovstal” müdafiəsində iştirak etdiyini və orada ağır yaralandığını yazır. Müharibə dövrünə aid materiallarda Kuparaşvili özü də “Azovstal”dakı yaralanma və sonrakı müalicə prosesi barədə danışıb.

Məlumatlarda qeyd olunur ki, reabilitasiyadan sonra Kuparaşvili yenidən hərbi xidmətə qayıdıb. Hazırda onun 3-cü Ordu Korpusundakı vəzifəsinin “Azov”la əlaqəli mexanikləşdirilmiş alay komandanlığı olduğu göstərilir.

Qeyd edək ki, 3-cü Ordu Korpusu 2025-ci ilin martında formalaşdırılıb və onun əsasında 3-cü Ayrı Şturm Briqadasının idarəetmə strukturu dayanır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.