Saakaşvili Gürcüstan məhkəməsində Ukraynanın himnini oxudu

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmə iclasında Ukraynanın dövlət himnini oxuyub. O, Ukrayna ordusunun hərbi formasını geyinməsinə icazə verilmədiyini bildirib.

12

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Tbilisidə keçirilən məhkəmə iclasında Ukraynanın dövlət himnini oxuyub. O, bu addımı məhkəməyə Ukrayna Silahlı Qüvvələrinin hərbi formasında qatılmasına icazə verilməməsinə etiraz olaraq atdığını bildirib.

MSNews.az xəbər verir ki, bu barədə Ukraynanın “Qordon”  nəşri məlumat yayıb. Nəşr sentyabrın 19-da Saakaşvilinin məhkəmə zalında Ukrayna himnini oxuduğunu əks etdirən görüntüləri dərc edib.

Sabiq prezident nəşrin müxbirinə açıqlamasında bildirib ki, məhkəmə iclasına Ukrayna Silahlı Qüvvələrinin hərbi formasında qatılmaq istəsə də, buna icazə verilməyib.

“Bütün prokurorların ukraynalılığın təzahüründən qorxduğu bu qondarma məhkəmədə himni, yumşaq desək, heç də melodik olmayan səsimlə oxumaq qərarına gəldim”, – deyə Saakaşvili bildirib.

Himni ifa etdikdən sonra Saakaşvili Ukraynaya dəstək xarakterli şüarlar səsləndirib. O, bu addımı ilə Ukrayna xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti hazırda həbsdədir və ona qarşı ölkəsində bir neçə cinayət işi açılıb. Saakaşvili daha əvvəl Ukraynada Odessa vilayətinin qubernatoru və Ukrayna Prezidenti yanında Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti