Rusiyada yeni səfərbərlik qorxusu: Kreml rəsmiləri yaxınlarını ölkədən çıxarır

"Bloomberg"-in məlumatına görə, Rusiyada mümkün yeni səfərbərliklə bağlı narahatlıq Kreml rəsmilərinə də yayılıb. Moskva 300 min nəfərin orduya çağırılması planını təkzib edib.

29

Rusiyada mümkün yeni səfərbərliklə bağlı narahatlıq hakimiyyət dairələrinə də yayılıb. Bəzi Kreml rəsmiləri yaxınlarına ölkəni tərk etməyi tövsiyə edir, xaricdə bank hesabları açmaq və aktivlərini Rusiyadan çıxarmaq imkanlarını araşdırırlar.

MSNews.az xəbər verir ki, bu barədə “Bloomberg”  agentliyi əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Agentliyin araşdırmasına görə, son aylarda bəzi yüksəkvəzifəli Rusiya rəsmiləri dostlarına və qohumlarına ölkəni tərk etməyi məsləhət görürlər. Hərbi çağırış məntəqələrinin bəzi əməkdaşlarının da oxşar addımlar atdığı bildirilir.

Narahatlıq sentyabrın 18–20-də keçirilən Dövlət Duması seçkilərindən sonra yeni səfərbərlik elan oluna biləcəyi barədə məlumatlar fonunda artır. Agentliyə danışan Avropa təhlükəsizlik rəsmisi Rusiyanın 2026-cı ilin sonunadək əlavə 300 min nəfəri hərbi xidmətə cəlb etməyə hazırlaşdığını iddia edib. Lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.

“Bloomberg” qeyd edir ki, Rusiya hərbi qeydiyyat sistemini rəqəmsallaşdıraraq çağırış vərəqələrinin elektron qaydada göndərilməsi və çağırış alan şəxslərin ölkədən çıxışının məhdudlaşdırılması imkanlarını genişləndirib. Bu səbəbdən mümkün yeni səfərbərliyin ayrıca rəsmi elan verilmədən həyata keçirilə biləcəyi ehtimal olunur.

Bununla belə, Kreml mümkün səfərbərlik barədə məlumatları təkzib edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 18-də “RTVI”  nəşrinə açıqlamasında ilin sonunadək 300 min nəfərin orduya çağırılması planının olmadığını bildirib.

“Xeyr. Belə planlar yoxdur”, – deyə Peskov vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin də sentyabrın əvvəlində yeni səfərbərliyə ehtiyac olmadığını və ordunun şəxsi heyətə olan tələbatının könüllü müqaviləli hərbçilər hesabına qarşılandığını bəyan edib.

Hazırda Rusiyada yeni genişmiqyaslı səfərbərlik barədə yekun qərarın qəbul edildiyinə dair təsdiqlənmiş məlumat yoxdur. “Bloomberg”in istinad etdiyi Avropa rəsmiləri də Kremlin belə bir qərar verdiyini təsdiqləməyiblər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.