Rumıniyada keçirilən qeyri-adi “Booty Slap” yarışı sosial şəbəkələrdə yenidən diqqət çəkib. Yarışda iştirakçılar üzə deyil, bir-birinin omba nahiyəsinə növbə ilə şillə vururlar.
MSNews.az xəbər verir ki, görüntülər Rumıniyanın döyüş idmanları təşkilatlarından biri olan RXF-in keçirdiyi şillə yarışları ilə əlaqəlidir.
Təşkilatın rəsmi qaydalarına əsasən, “Booty Slap” qarşılaşmasında ümumilikdə 10 zərbə nəzərdə tutulur. Qalib isə vurulan zərbələrin yaratdığı təsir və zərərin səviyyəsinə əsasən müəyyən edilir.
Beləliklə, sosial mediada yayılan paylaşımlarda yarışın qaydalarının məlum olmadığı bildirilsə də, RXF-in rəsmi məlumatları bunun əksini göstərir.
Format bəzən məşhur “Power Slap” yarışlarının alternativi kimi təqdim olunur. Lakin Rumıniyada belə qarşılaşmalar yeni deyil. “Fight.ru” 2021-ci ildə ölkədə keçirilmiş oxşar yarış barədə məlumat yayıb. Həmin formatda da iştirakçılar növbə ilə bir-birinə zərbə vurub, nəticə isə yaradılan təsir əsasında qiymətləndirilib.
Qeyd edək ki, RXF hazırda klassik üzə şillə formatında da yarışlar təşkil edir. Bu qarşılaşmalarda qalib hakimlərin qərarı və iştirakçının zərbələrə davam gətirməsi əsasında müəyyənləşdirilir.