Rubio: “İranla danışıqlar vaxt itkisi olub”

ABŞ dövlət katibi Marko Rubio İranla danışıqların nəticəsiz qaldığını bildirib, lakin Vaşinqton dialoqa açıq olduğunu vurğulayıb.

35

ABŞ dövlət katibi Marko Rubio İranla aparılan danışıqların nəticəsiz qaldığını etiraf edib. Onun sözlərinə görə, İranla diplomatik təmaslar hələlik gözlənilən nəticəni verməyib və bu proses müəyyən mənada “vaxt itkisi” olub.

Bununla belə, Rubio vurğulayıb ki, ABŞ dialoq imkanlarını tam bağlamır: “Mesaj mübadiləsi davam edir, qarşıda birbaşa danışıqlar üçün potensial var və biz buna həmişə açıq olacağıq”.

O əlavə edib ki, Vaşinqton formal və nəticəsiz danışıqlarda iştirak etmək niyyətində deyil: “Prezident Donald Trampın da qeyd etdiyi kimi, biz vaxt udmaq məqsədilə aparılan saxta danışıqlarda yer almağa hazır deyilik”.

Ekspertlər hesab edir ki, bu açıqlama ABŞ-İran münasibətlərində qeyri-müəyyənliyin davam etdiyini və tərəflər arasında real irəliləyişin hələlik əldə olunmadığını göstərir.

 

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.