Ronaldu oğluyla birlikdə “Əl-Nəsr”də oynamaq istəyir

Kriştianu Ronaldunun oğlu ilə birlikdə “Əl-Nəsr”də oynamaq istədiyi bildirilir. Kriştianu Junior növbəti mövsüm əsas komandaya cəlb oluna bilər.

4

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun oğlu ilə birlikdə “Əl-Nəsr”in əsas komandasında çıxış etmək istədiyi bildirilir. Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, 15 yaşlı Kriştianu Junior növbəti mövsümdən etibarən əsas komandaya yüksəldilə bilər.

Məlumatı yerli “Al Weeam” nəşri yayıb. Xəbərdə qeyd olunur ki, Ronaldunun əsas istəklərindən biri peşəkar səviyyədə oğlu ilə eyni komandada oynamaqdır. Bu səbəbdən klub rəhbərliyi gənc futbolçunun inkişaf prosesini sürətləndirməyi nəzərdən keçirir.

Kriştiano Junior hazırda “Əl-Nəsr”in aşağı yaş qruplarında çıxış edir və bir neçə dəfə məhsuldar oyunu ilə diqqət çəkib. O, daha əvvəl “Yuventus” və “Mançester Yunayted” akademiyalarında da forma geyinib.

Ronaldu isə karyerasının son dövrlərini Səudiyyə Ərəbistanında keçirir və bir neçə dəfə ailəsi ilə birlikdə futbol tarixində xüsusi iz buraxmaq istədiyini bildirib. Ata və oğulun eyni komandada meydana çıxması baş tutarsa, bu futbol dünyasında tarixi hadisələrdən biri ola bilər.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930