Qəbələdə Andrey Babişin şərəfinə rəsmi lanç verilib

Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib.

166

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Çex Respublikasının Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib. Tədbir Çexiya hökumət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.

Bundan əvvəl Qəbələdə Andrey Babişin rəsmi qarşılanma mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri arasında təkbətək və geniş tərkibdə görüşlər baş tutub. Həmin gün liderlərin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu da keçirilib.

Səfər iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətli hesab olunur.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.