Portsmutda anti-miqrant və anti-irqçi aksiyalar üz-üzə gəldi

Böyük Britaniyanın Portsmut şəhərində yüzlərlə insan anti-miqrant yürüşə və ona qarşı keçirilən anti-irqçi aksiyaya qatılıb. Polis qarşıdurmanın qarşısını almaq üçün tərəfləri ayırıb və üzün gizlədilməsinə qarşı yeni səlahiyyətlər tətbiq edib.

46

Böyük Britaniyanın Portsmut şəhərində sentyabrın 12-də yüzlərlə anti-miqrant etirazçı ilə “Stand Up To Racism” hərəkatının tərəfdarları qarşı-qarşıya gəlib. Polis mümkün toqquşmaların qarşısını almaq üçün iki düşərgəni ayrı zonalarda saxlayıb və üzlərini gizlədən aksiya iştirakçılarına qarşı yeni qanuni səlahiyyətlərdən istifadə edib.

MSNews.az xəbər verir ki, Hempşir polisi anti-miqrant “Portsmouth Patriots” və ona yaxın qruplarla, “Stand Up To Racism” və digər əks-etirazçıları əvvəlcədən ayrı sahələrə yerləşdirib. Anti-miqrant yürüş “All Saints” kilsəsindən Quaydhol Skueyə meydanına doğru keçirilib. Polis hər iki qrupa müəyyən edilmiş marşrut və toplaşma yerlərinə əməl etmək göstərişi verib.

Aksiyada Britaniya bayraqları daşıyan etirazçılar “Stop the boats” — “Qayıqları dayandırın” şüarı səsləndiriblər. Qarşı tərəf isə “Refugees Welcome”“RNLI are heroes, no one is illegal” şüarları ilə çıxış edib. “The Guardian” yazır ki, anti-miqrant düşərgəsində “Portsmouth Patriot” simvolları daşıyan iştirakçılar da olub.

Etirazların sonuna yaxın vəziyyət qismən gərginləşib. “Sky News”-un hadisə yerindəki müxbirinin məlumatına görə, təxminən 100 anti-miqrant etirazçı əsas qrupdan ayrılaraq anti-irqçi aksiyanın iştirakçılarının arxasınca küçələrlə hərəkət edib və nəticədə bir neçə insident baş verib. Polis qrupları ayırmağa çalışıb.

Bununla belə, Hempşir polis və cinayət məsələləri üzrə komissarı Donna Cons günün ümumilikdə əvvəlki həftə ilə müqayisədə xeyli sakit keçdiyini bildirib. Onun sözlərinə görə, yüzlərlə insanın qatıldığı aksiyalar, bir neçə istisna xaric, əsasən dinc olub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.