Peter Madyar prezident Şulyokun istefasını istədi

Macarıstanda seçkidə qalib gələn Peter Madyar Şandor Sarayına gələrək prezident Tamaş Şulyokun yeni hökumət qurulan kimi istefa verməli olduğunu bildirib.

100

Macarıstanda seçkidə qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar prezident Tamaş Şulyokla görüş üçün Şandor Sarayına gəlib və dövlət başçısının vəzifədən getməli olduğunu bildirib.

Madyar öz sosial media hesabında paylaşdığı postda Şulyoku “macar millətinin birliyini təcəssüm etdirməyə layiq olmayan”, “qanunçuluğun keşiyində dura bilməyən” və “mənəvi nümunə ola bilməyən” fiqur kimi xarakterizə edib.

Madyar eyni zamanda xəbərdarlıq edib ki, Şulyok könüllü getməsə, yeni parlament çoxluğu hüquqi-siyasi addımlarla onu vəzifədən uzaqlaşdırmağa çalışacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.