Pentaqon İranla bağlı sərt ssenariləri nəzərdən keçirir

ABŞ mediası yazır ki, Pentaqon İranla münaqişənin gərginləşməsi halında Xark adası, Hörmüz boğazı və quru əməliyyatı daxil olmaqla bir neçə sərt variantı müzakirə edir.

41

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla münaqişənin daha da gərginləşəcəyi halda tətbiq oluna biləcək yeni hərbi ssenarilər üzərində işləyir.

“Axios” nəşrinin ABŞ rəsmilərinə və mövzu ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, müzakirə olunan variantlar arasında irimiqyaslı hava zərbələri, quru qüvvələrinin istifadəsi, eləcə də Hörmüz boğazı ətrafındakı strateji məntəqələrə nəzarətin ələ keçirilməsi var.

Məlumata əsasən, mümkün hədəflər sırasında İranın əsas neft ixrac mərkəzi olan Xarq adası da yer alır. Axios” yazır ki, Vaşinqton Xarq adasının blokadası və ya ələ keçirilməsi variantını nəzərdən keçirir. Nəşr həmçinin İranın Hörmüz boğazına nəzarət imkanlarını gücləndirən Laraq adası, eləcə də İranın nəzarətində olan, lakin BƏƏ-nin də iddia etdiyi Əbu-Musa və iki kiçik ada ilə bağlı ssenarilərin də müzakirə olunduğunu bildirib.

Eyni mənbəyə görə, başqa bir variant Hörmüz boğazının şərq hissəsində İran nefti daşıyan gəmilərin qarşısının alınması və ya ələ keçirilməsidir. Bundan əlavə, Pentaqonun İran daxilində, nüvə obyektlərində saxlanıldığı bildirilən yüksək səviyyədə zənginləşdirilmiş uran üzərində nəzarəti təmin etmək üçün quru əməliyyatlarını da nəzərdən keçirdiyi qeyd olunur. Bunun alternativi kimi həmin obyektlərə genişmiqyaslı hava zərbələri endirilməsi də müzakirə masasında qalır.

Bununla yanaşı, Ağ Ev hələ yekun qərarın verilmədiyini vurğulayır. Axios” yazır ki, administrasiya daxilində quru əməliyyatları hələlik “hipotetik” xarakter daşıyır. Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə Donald Trampın Tehranla razılaşma əldə olunmasa, “indiyədək olduğundan daha sərt zərbə” endirməyə hazır olduğunu bildirib.

Regionda ABŞ-ın hərbi iştirakının artırılması da bu ssenariləri daha real göstərir. “Reuters” xəbər verir ki, Pentaqon Yaxın Şərqə 82-ci hava-desant diviziyasından 3-4 min əlavə hərbçi göndərməyi planlaşdırır. Washington Post” isə yazır ki, bu qüvvələrə 82-ci diviziyanın qərargah elementi və piyada bölmələri daxildir, paralel olaraq dəniz piyadalarının ekspedisiya qüvvələri də bölgəyə yaxınlaşır.

İran tərəfi də bu ehtimallara açıq şəkildə reaksiya verib. İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, Tehran ABŞ və müttəfiqlərinin İran adalarından birini ələ keçirməyə hazırlaşdığına dair kəşfiyyat məlumatlarına malikdir. O, belə bir addım atılacağı təqdirdə regiondakı qarşı tərəfə aid “həyati vacib infrastrukturun” cavab hücumlarının hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.

Beləliklə, sosial şəbəkələrdə israilli analitiklərin paylaşdığı ssenarilər tamamilə əsassız görünmür. Çünki həm Axios”, həm də Reuters”Washington Post” kimi aparıcı nəşrlər ABŞ daxilində Xarq adası, Hörmüz boğazı və məhdud quru əməliyyatı ehtimallarının artıq real müzakirə mövzusu olduğunu göstərən məlumatlar yayıblar. Bununla belə, Vaşinqtonun hələlik bu variantlardan hansına üstünlük verəcəyi ilə bağlı yekun qərar vermədiyi bildirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.