Paşinyandan rusiyalı jurnalistə cavab: “Biz erməni stulunda oturmuşuq”

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı jurnalistin Aİ və Rusiya arasında seçimlə bağlı sualını cavablandırıb. O, ölkəsinin balanslaşdırılmış xarici siyasət yürütməyə davam edəcəyini bildirib.

96

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı jurnalistin ölkəsinin Rusiya və Avropa İttifaqı arasında seçim edib-etməyəcəyi ilə bağlı sualını cavablandırıb. O, Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütməyə davam edəcəyini bildirib.

MSNews.az xəbər verir ki, hadisə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş verib.

“NEWS.am” nəşrinin məlumatına görə, Rusiyanın “Vesti” xəbər xidmətinin jurnalisti Paşinyandan Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirib-etdirməyəcəyini soruşub.

Paşinyan ölkəsinin balanslaşdırılmış xarici siyasət kursuna sadiq qalacağını bildirib. Jurnalistin “İki stulda eyni anda oturmaq mümkün olacaqmı?” sualına isə Ermənistanın Baş naziri belə cavab verib:

“Niyə iki stul? Biz bir stulda, erməni stulunda oturmuşuq. Ona görə də bizə iki stul lazım deyil”.

Jurnalist daha sonra Ermənistan məhsullarının Avropa bazarına çıxış imkanlarına toxunaraq İrəvanın Avropa İttifaqının vədlərini yerinə yetirməyəcəyindən narahat olub-olmadığını soruşub.

Paşinyan isə belə bir narahatlığının olmadığını bildirib: “Niyə bizi aldatmalıdırlar? Biz bütün tərəfdaşlarımızla dürüst və açıq olmağa çalışırıq və qarşılıqlı münasibət gözləyirik”.

Qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirməklə yanaşı, Rusiyanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqında iştirakını saxlayır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.