Paşinyan Yerevanda Türkiyə bayrağının yandırılmasını pislədi

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda aprelin 23-də keçirilən məşəl yürüşü zamanı Türkiyə bayrağının yandırılmasını pisləyib və bunu gərginlik yaradan təxribatçı davranış adlandırıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 23-də Yerevanda keçirilən məşəl yürüşü zamanı Türkiyə bayrağının yandırılmasını pisləyib.

“Armenpress”-in məlumatına görə, onun mövqeyini baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan açıqlayıb. O bildirib ki, Paşinyan bu addımı “məsuliyyətsiz və yolverilməz” hesab edir və bunu açıq şəkildə “təxribatçı və gərginlik yaradan davranış” kimi qiymətləndirir.

Məlumata əsasən, hadisə 24 aprel anım günü ərəfəsində, Ermənistanda ənənəvi şəkildə təşkil olunan məşəl yürüşü zamanı baş verib. Nəşr yazır ki, yürüş Ermənistan İnqilabi Federasiyası – “Daşnaksütyun” tərəfindən təşkil olunub və Paşinyanın reaksiyası da məhz, bu hadisə ilə bağlı verilən sualın cavabında səsləndirilib.

Bağdasaryanın sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusilə də, qonşu ölkənin bayrağının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu bəyanat Paşinyanın son dövrdə Ankara ilə münasibətlərin normallaşdırılması xəttini qorumağa çalışdığı bir vaxtda verilib və rəsmi Yerevanın belə aksiyaları dəstəkləmədiyini göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.