Paşinyan TRIPP layihəsini “oyun dəyişdirən” adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh, Gürcüstanla dərin münasibətlər və Türkiyə ilə gözlənilən normallaşma regionda yeni imkanlar yaradır. O, TRIPP layihəsini bütün region ölkələri üçün faydalı adlandırıb.

188

Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin Cənubi Qafqaz və qonşu ölkələr üçün “oyun dəyişdirən” layihə olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Paşinyan seçkilərin regiona mümkün təsiri ilə bağlı suala cavabında regional sülh perspektivinə inandığını deyib.

“Regional dinc gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz, Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərimizin olacağını gözləyirəm. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq”, – deyə Ermənistan baş naziri bildirib.

Paşinyan TRIPP layihəsinin region ölkələri üçün mühüm iqtisadi və nəqliyyat imkanları yaradacağını vurğulayıb. Onun sözlərinə görə, bu layihə Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.