Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının finalından cəmi dörd gün sonra klub səviyyəsində meydana çıxıb.
MSNews.az xəbər verir ki, 32 yaşlı futbolçu “Boka Xuniors”un Çilinin “O’Higgins” klubuna qarşı keçirdiyi Cənubi Amerika Kubokunun 1/8 final pley-off mərhələsinin ilk oyununa əsas heyətdə və kapitan sarğısı ilə başlayıb.
Paredes matçın 44-cü dəqiqəsində sağ ayağının xarici tərəfi ilə dəqiq ötürmə verərək Migel Merentielin fərqlənməsinə şərait yaradıb. Bu qol qarşılaşmada yeganə olub və “Boka Xuniors” 1:0 hesablı qələbə qazanıb. “CONMEBOL” Paredesin dünya çempionatından sonra istirahət etmədən komandaya qoşulduğunu və qələbə qolunun ötürməsini verdiyini qeyd edib.
Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilən oyun Paredesin Argentina millisinin İspaniyaya uduzduğu dünya çempionatı finalından sonra ilk klub matçı olub. Final iyulun 19-da, “Boka Xuniors”–“O’Higgins” görüşü isə iyulun 23-də keçirilib.
“EFE”nin məlumatına görə, “Boka Xuniors” minimal hesablı qələbə ilə cavab oyunu öncəsi üstünlük əldə edib. Qarşılaşmanın ikinci hissəsi iyulun 30-da Çilidə keçiriləcək.