“Panatinaikos” “Olimpiakos”dan sonra arenasını dezinfeksiya etdirdi

“Panatinaikos” “Olimpiakos”un Avroliqa çempionluğundan sonra OAKA arenasında dezinfeksiya və bioloji təmizlik işləri aparıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub.

1

Yunanıstan basketbolunda əzəli rəqiblər arasında gərginlik yenidən sosial şəbəkələrin əsas mövzularından birinə çevrilib. “Panatinaikos” klubu “Olimpiakos”un Avroliqa çempionluğunu qazandığı OAKA — hazırkı adı ilə “Telekom Center Athens” arenasında genişmiqyaslı dezinfeksiya və bioloji təmizlik işləri aparıb.

İspaniyanın “AS” nəşrinin yazdığına görə, “Panatinaikos” rəsmi sosial şəbəkə hesabında arenanın tribunalarında və müxtəlif bölmələrində dezinfeksiya prosesinin tamamlandığını bildirib. Klubun paylaşımında işçilərin xüsusi qoruyucu geyimdə təmizlik apardığını əks etdirən fotolar da yer alıb.

Hadisənin diqqət çəkməsinin əsas səbəbi finalın məhz, “Panatinaikos”un ev arenasında keçirilməsi və kuboku klubun ən böyük rəqibi “Olimpiakos”un qazanmasıdır. “Real Madrid”in rəsmi matç hesabatına əsasən, final görüşündə “Olimpiakos” “Real Madrid”ə 92:85 hesabı ilə qalib gəlib.

“BasketNews” yazır ki, təmizlik işləri “Olimpiakos” azarkeşlərinin arenada çempionluğu qeyd etməsindən sonra aparılıb. Sosial şəbəkələrdə isə rəqib azarkeşlər bu addımı ironik şəkildə qarşılayıblar. Bəzi “Olimpiakos” fanatları zarafatla arenanın “artıq təmizlənməyəcək vəziyyətdə olduğunu” yazaraq, “stadionu yandırmaq” təklifi ilə klubun paylaşımına reaksiya veriblər.

Bu hadisə Yunanıstan basketbolunun ən sərt rəqabətlərindən biri sayılan “Panatinaikos” — “Olimpiakos” qarşıdurmasının yalnız parketdə deyil, meydandan kənarda da nə qədər emosional davam etdiyini bir daha göstərib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
28 may 2026