Pakistanda əyalət naziri silahlı şəxslər tərəfindən qaçırılıb

Pakistanın Xeybər-Paxtunxva əyalətinin naziri Fazal Şakur Xan silahlı şəxslər tərəfindən aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, nazirin tapılması üçün məhkəməyə müraciət edilib.

11

Pakistanın Xeybər-Paxtunxva əyalətinin ictimai su təchizatı və mühəndislik məsələləri üzrə naziri Fazal Şakur Xanın silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir. Nazir sentyabrın 21-də günorta saatlarında Pişəvər yaxınlığında avtomobillə hərəkət edərkən naməlum şəxslər tərəfindən aparılıb.

MSNews.az xəbər verir ki, Pakistanın “Dawn” nəşrinin  məlumatına görə, silahlı şəxslər Pişəvər–M-1 avtomagistralının ödəniş məntəqəsi yaxınlığında nazirin maşınını saxlayıblar. Şikayət ərizəsində bildirilir ki, onlar avtomobilin təkərlərinə atəş açaraq Fazal Şakur Xanı, sürücüsünü və onu müşayiət edən polis əməkdaşını naməlum istiqamətə aparıblar.

Nazirin qardaşının müraciəti əsasında polis adam oğurluğu maddəsi ilə cinayət işi açıb. Onun tapılması üçün Pişəvər Ali Məhkəməsinə də müraciət olunub. Sentyabrın 23-də məhkəmə iş üzrə istintaq aparan əməkdaşın çağırılması barədə göstəriş verib.

Nazirin təmsil olunduğu Pakistan Təhrik-e-İnsaf Partiyasının tərəfdarları onun azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçiriblər. Silahlı şəxslərin kimliyi və nazirin aparılmasının səbəbi hələ müəyyən edilməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti