Pakistan İrana Səudiyyə Ərəbistanının xəbərdarlığını çatdırıb

Pakistan husilərin Səudiyyə Ərəbistanına genişmiqyaslı hücumlarından sonra Tehrana xəbərdarlıq çatdıraraq İrandan qruplaşmaya təsir imkanlarından istifadə etməsini istəyib.

52

Pakistan husilərin Səudiyyə Ərəbistanına genişmiqyaslı hücumlarından sonra Riyadın xəbərdarlığını İrana çatdıraraq Tehrandan qruplaşmaya təsir imkanlarından istifadə etməsini istəyib.

MSNews.az xəbər verir ki, “Reuters” Səudiyyə, Pakistan və İran mənbələrinə istinadən İslamabadın regional böhranın daha da genişlənməsinin qarşısını almaq məqsədilə Tehrana müraciət etdiyini yazıb. Pakistan tərəfi İrandan husilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmaq üçün təsir imkanlarından istifadə etməsini istəyib.

Məlumata görə, İranın yüksək vəzifəli rəsmilərindən biri Pakistanın mesajı çatdırdığını təsdiqləyib. Tehran isə cavabında “İran husilərə nəzarət etmir” mövqeyini ifadə edib.

Bununla belə, “Reuters”ə danışan iki iranlı mənbə Tehranın bundan əvvəl husiləri Səudiyyə Ərəbistanına hücumları gücləndirməyə çağırdığını iddia edib. Mənbələrin sözlərinə görə, husilərə əlavə maliyyə və silah vəd olunub, İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə komandiri isə hücumların koordinasiyasına yardım məqsədilə Yəmənə gedib. Bu məlumat İran tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Gərginlik husilərin Səudiyyə Ərəbistanının cənubunda Khamis Muşeytdəki hava bazasına və enerji infrastrukturuna zərbələrindən sonra artıb. “Reuters”in məlumatına görə, hücumlarda 73 nəfər yaralanıb. Səudiyyə Ərəbistanının rəsmi “SPA” agentliyi də husilərin Khamis Muşeyt, Əbha və Cizan şəhərlərini ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Səudiyyə Ərəbistanına qarşı silahlı hücum Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında kollektiv müdafiə razılaşmasını işə sala bilər. Bununla yanaşı, “Reuters”in Pakistan mənbələri bildiriblər ki, mümkün hərbi dəstək yalnız Səudiyyə Ərəbistanı ərazisinin müdafiəsinə yönələcək və Pakistan qüvvələrinin Yəməndə döyüş əməliyyatlarında iştirakı nəzərdə tutulmur.

Sentyabrın 10-da Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Səccad Heydər Xan isə hazırda husilərin hücumlarına cavab olaraq hərbi reaksiya məsələsinin müzakirə edilmədiyini bildirib. O, zərurət yaranacağı halda Pakistanın üçtərəfli müdafiə razılaşmasına uyğun hərəkət edəcəyini qeyd edib. “Reuters” məlumat verir ki, razılaşmaya əsasən tərəflərdən birinə silahlı hücum hər üç ölkəyə hücum kimi qiymətləndirilir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.