Novruzəli Yusubzadə: “Müharibənin yenidən davam etməsi ehtimalı yüksəkdir”

QAFSAM eksperti Novruzəli Yusubzadə bildirib ki, İran, İsrail və Hizbullah ətrafında həll olunmayan ziddiyyətlər müharibənin yenidən alovlanması riskini artırır.

70

QAFSAM-ın eksperti Novruzəli Yusubzadə Yaxın Şərqdəki mövcud vəziyyəti şərh edərkən bildirib ki, münaqişənin başlamasına səbəb olan əsas müddəalar praktikada yerinə yetirilməyib.

Onun sözlərinə görə, İranın silah arsenalı və hərbi istehsal imkanları əvvəlki kimi qalır, Hörmüz boğazı tam şəkildə ABŞ maraqları çərçivəsində açıla bilməyib, İranda hakimiyyət dəyişikliyi ilə bağlı gözləntilər isə nəticə verməyib.

“Lakin yekun razılaşmaya əsas maneə Livanda Hizbullah məsələsidir. Bu məsələ İran üçün vaz keçilməsi mümkün olmayan dərəcədə həyati əhəmiyyət daşıyır. Eyni zamanda İsrail üçün də ciddi milli təhlükəsizlik problemidir”, — deyə Novruzəli Yusubzadə qeyd edib.

Ekspert hesab edir ki, məhz, bu ziddiyyətlər səbəbindən bölgədə müharibənin yenidən davam etməsi ehtimalı yüksək olaraq qalır.