Növbəti hədəf Meksikadır?

ABŞ Prezidenti Donald Tramp "Fox News"-a açıqlama verərək Meksikanı kartellərin idarə etdiyini və bununla bağlı tədbir görüləcəyini bildirib.

38

“Meksikanı kartellər idarə edir. Biz bununla bağlı nəsə etməli olacağıq,” – deyə Tramp “Fox News”-a açıqlayıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, onun meksikalı həmkarı Klaudiya Şeynbaum “yaxşı qadındır”. Lakin o əlavə edib ki, Şeynbaum ölkəsini idarə etmir.

Qeyd edək ki, bu gün Vaşinqton Venesuelaya qarşı hərbi əməliyyata keçirib. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Venesuela Prezidenti Nikolas Maduro ələ keçirilib və ölkədən çıxarılıb.