Nobel mükafatının sahibi mərasimə gələ bilmir – mükafatı qızı alacaq

Venesuelanın müxalifət lideri Mariya Korina Maçado təhlükəsizlik səbəbləri ilə Oslodakı Nobel Sülh Mükafatı mərasiminə qatılmayacaq. Onun yerinə mükafatı qızı alacaq.

405

Venesuelanın müxalifət lideri və Nobel Sülh Mükafatı sahibi Maríya Korina Maçado, təhlükəsizlik səbəbləri ilə Oslodakı mükafatlandırma mərasiminə qatılmayacaq. Onun harada olduğu bilinmir və mərasimdə Maçado adına mükafatı qızı alacaq, həmçinin demokratiya mücadiləsi barədə çıxış edəcək.

Norveç Nobel Komitəsi Maçadoya mükafatı “Venesuelada demokratik hüquqları müdafiə etdiyi və ölkənin diktator rejimindən demokratiyaya ədalətli və sülh yolu ilə keçməsi üçün göstərdiyi səylərə görə” verdiyini açıqlayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.